“Roma”nın yeni baş məşqçisi bəlli olub | Icma.az
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. İtaliyanın “Roma” komandasının yeni baş məşqçisi bəlli olub.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, paytaxt təmsilçisini Klaudio Ranyeri çalışdıracaq.
İtaliyalı mütəxəssislə cari mövsümün sonunadək müqavilə imzalanıb. O, bu vəzifədə bir neçə gün öncə istefa verən İvan Yuriçi əvəzləyib.
Mütəxəssis mövsümün sonunda klubda rəhbər vəzifələrdən birini tutacaq.
Qeyd edək ki, Klaudio Ranyeri 2009-2011-ci və 2019-cu illərdə də “Roma”da işləyib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu