Romao: “Braziliyada Juninyo kimi oyunçular çatışmır”

10.01.2025

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Qarabağ”ın futbolçusu Julio Romao Braziliya mətbuatına açıqlama verib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi komanda yoldaşı Juninyonun “Flamenqo”ya mümkün keçidini şərh edib:

“Juninyo Braziliya futbolunda bir çox hücumçudan fərqlidir. Çünki biri qol vuran olur, digəri isə daim hərəkətdə və sürətli olandır. Juninyo belə hücumçulardandır. Onun bizimlə çox qol vurmasının səbəbi də sürətidir.

“Flamenqo” və “Sevilya” ona böyük maraq göstərdi. Əminəm ki, o, niyə arxasıyca gəldiklərini göstərəcək. Əla oyunçudur və hər çempionatda oynaya bilər. Braziliyada onun kimi oyunçular çatışmır”.

Romao Azərbaycan çempionatından da söz açıb:

“Qarabağ” uzun illər çempion olur. Klub öz fəlsəfini saxlayır, transfer dönəmlərində az oyunçu gedir və komanda performasını qoruyur. Ancaq liqa çətindir, rəqiblər bizə başqa cür yanaşırlar. Avropa Liqasında isə komandalar eyni səviyyədədir. Orda oynamaq ağır olur”.

Əsas xəbərlər, Ölkə futbolu “Qarabağ”dan darmadağın

9 Yanvar 2025, 16:01

Əsas xəbərlər, Ölkə futbolu Juninyoya təklif olunan məbləğ məlum oldu

9 Yanvar 2025, 14:23

Əsas xəbərlər, Manşet, Ölkə futbolu Menecer: “Juninyonun “Flamenqo”ya marağı var”

9 Yanvar 2025, 13:16

Əsas xəbərlər, Ölkə futbolu “Qarabağ” üçün sınaq günü

9 Yanvar 2025, 9:23

Dünya futbolu, Əsas xəbərlər, Manşet Benzia: “Byelsa futbolu ən çox sevən məşqçidir”

8 Yanvar 2025, 20:39

Əsas xəbərlər, Ölkə futbolu Juninyonun “Sevilya”ya keçidində problem çıxdı

7 Yanvar 2025, 22:27

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью