Romelu Lukaku millidən getdi

16.11.2026

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Fənərbağça" klubunun hücumçusu Romelu Lukaku Belçika millisindəki karyerasını başa vurub.

Milli.Az xəbər verir ki, 33 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Lukaku milli komandada keçirdiyi 16 ili möhtəşəm təcrübə kimi dəyərləndirib və Belçika millisinin azarkeşlərinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Romelu Lukaku Belçika millisində debütünü 2010-cu il martın 3-də Xorvatiya yığmasına qarşı oyunda edib. O, milli komandanın heyətində keçirdiyi 135 matçda 94 qol vuraraq Belçika tarixinin ən məhsuldar futbolçusu olub.

Lukaku 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında Belçika millisi ilə bürünc medal qazanıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью