Romelu Lukaku Qarabağ la oyunda iştirak etməyəcək

03.09.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İtaliyanın "Napoli" klubunun futbolçusu Romelu Lukaku "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin matçında iştirak edə bilməyəcək.

Oxu.Az Neapol təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 32 yaşlı hücumçunun adı turnirin ilk 8 görüşü üçün iştirak ərizəsinə daxil edilməyib.

Buna forvardın zədə alması səbəb olub. Hazırkı İtaliya çempionu "Mançester Yunayted"dən aldığı Rasmus Heylunnu siyahıya daxil edib.

Qeyd edək ki, bud nahiyəsindən zədə alan Lukakunun 3-4 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. "Qarabağ" "Napoli" ilə noyabrın 25-də İtaliyada üz-üzə gələcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью