Qol.az saytına istinadən Icma.az xəbər verir.
Romero "Atletiko" ilə razılığa gəldi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
"Tottenhem"in müdafiəçisi Kristian Romero karyerasını İspaniyada davam etdirməyə yaxındır.
QOL.az insayder Nikola Skiraya istinadən xəbər verir ki, Argentina millisinin üzvü Madrid "Atletiko"sunun təklif etdiyi şəxsi müqavilə şərtləri ilə razılaşıb.
Tərəflər arasında 2030-cu ilin yayına qədər müqavilə üzrə prinsipial razılıq əldə olunub.
Qeyd edək ki, 28 yaşlı mərkəz müdafiəçisinin "Tottenhem"lə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. O, 2021-ci ildən London klubunun formasını geyinir.