Rominq xərclərinə necə qənaət etməli? Ən yaxşı eSIM tətbiqini seçmək üçün məsləhətlər

26.01.2026

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Səyahət edəndə ən çox əsəbləri pozan məsələlərdən biri internetdir. Oteldə Wi-Fi zəif, aeroportda Wi-Fi təhlükəli olur və ona qoşulana qədər xeyli reklama baxmağa məcbur olursan, getdiyin ölkədə yerli SIM axtarmaq isə vaxt itkisidir. Üstəlik, klassik mobil operatorların “rominq paketləri” çox vaxt… yumşaq desək, baha olur. 

Bu məqalədə eSIM tətbiqlərini real istifadəçi gözü ilə müqayisə edəcəyik və ən yaxşı seçimi müəyyən etməyə çalışacağıq. .

Səyahət edənlərin ən çox rastlaşdığı problemlər

Yəqin ki, bu tanış səhnələrlə siz də rastlaşmısınız:

Aeroportda SIM kart satan köşklərdə növbə Əlində çemodan və baqaj, aerorportdan çıxmaq istəyəndə vaxt itirirsən Pasportun verilməsi, qeydiyyat, aktivləşmə problemləri “Unlimited” deyilən paketlər 2–3 GB-dan sonra yavaşlayır Rominqdə bir neçə dəqiqəlik internet istifadəsinə gələn şok hesablar

Əgər tez-tez səfərə çıxırsansa, bilirsən ki, internet artıq lüks yox, zərurətdir: xəritə, taksi, hotellə əlaqə, iş mesajları, bank tətbiqləri və s. İndi xaricə səfər edəndə Google Maps, İnstagram, taksi çağırmaq tətbiqləri olmadan səyahət etmək nəinki narahat, hətta təhlükəlidir. 

Standart mobil operator paketləri niyə sərfəli deyil?

Ənənəvi telekommunikasiya operatorlarının rominq paketləri adətən:

Bahalıdır (qısa müddət + az trafik) Aktivləşməsi çətindir Bəzi ölkələrdə ümumiyyətlə işləmir

Və ən pisi odur ki, istifadə etməsən də pul gedir.

eSIM nədir və niyə hamı ona keçir?

Qısa desək, eSIM - telefonun içində olan rəqəmsal SIM kartdır. Əsas üstünlüklər odur ki:

Fiziki SIM almağa ehtiyac yoxdur Bir neçə dəqiqəyə aktivləşir Bir telefonda birdən çox eSIM saxlamaq olar Yerli operatora keçmədən internet əldə edirsən

Bu səbəbdən son illərdə Airalo, Nomad, Yesim, Smartcell, Holafly kimi tətbiqlər populyarlaşdı. Amma onların da hamısı eyni deyil.

eSIM tətbiqlərinin qısa analizi

Bazarda çoxlu seçim var, amma istifadə zamanı fərqlər dərhal hiss olunur:

Bəziləri ucuzdur, amma stabillik zəifdir Bəziləri rahatdır, amma qiymət şişirdilib Bəzilərində isə ümumiyyətlə müştəri dəstəyi yoxdur

eSIM tətbiqlərinin müqayisəsini real istifadəçi gözüylə aparsaq, aşağıdakı mənzərə yaranır:

Meyar

Smartcell

Airalo

Nomad

Fiziki SIM

Qiymət

⭐⭐⭐⭐☆

⭐⭐⭐

⭐⭐⭐

⭐⭐

Quraşdırma rahatlığı

⭐⭐⭐⭐⭐

⭐⭐⭐⭐

⭐⭐⭐⭐

İnternet stabilliyi

⭐⭐⭐⭐☆

⭐⭐⭐

⭐⭐⭐⭐

⭐⭐⭐⭐

Regional uyğunluq

⭐⭐⭐⭐⭐

⭐⭐⭐⭐

⭐⭐⭐

⭐⭐⭐

Bonus / cashback

⭐⭐⭐⭐

Müştəri dəstəyi

⭐⭐⭐⭐

⭐⭐

⭐⭐

Qiymətlər oxşar görünə bilər, amma Smartcell-in verdiyi əlavə dəyər (bonuslar, lokallaşdırma, stabil şəbəkə) uzunmüddətli istifadə üçün fərq yaradır. Bu nöqtədə Smartcell maraqlı alternativ kimi ortaya çıxır.

Niyə məhz  Smartcell tətbiqini seçməyə dəyər?

Smartcell sadəcə “daha bir eSIM” deyil. Bir neçə real üstünlüyü sadalayaq:

Aydın interfeysi var, qarışıq paketlər yoxdur Azərbaycan bazarına uyğunlaşdırılıb Bir çox ölkədə yerli operatorlarla birbaşa əməkdaşlıq Kampaniyalar, bonuslar, cashback mexanizmləri

Indoneziyadan tutmuş Böyük Britaniyaya qədər çox yerə səyahət etmiş təcrübəli səyyahın İstifadə təcrübəsi də öz sözünü deyir:

Quraşdırma üçün 2–5 dəqiqə kifayət edir Aktivləşmə: dərhal Şəbəkə dəyişimi avtomatikdir Stabil bağlantı: xüsusən Avropa və Yaxın Şərq ölkələrində hiss olunur

Kimlər üçün Smartcell daha uyğundur?

Tez-tez xaricə çıxanlar Biznes səfərləri edənlər Birdən çox ölkəni gəzən turistlər Məzuniyyətini xaricdə keçirmək istəyənlər Rominq sürprizlərindən bezənlər

Xülasə: 

Qısa desək, əgər məqsədin:

Rominq xərclərinə nəzarət etmək Fiziki SIM dərdi çəkməmək Stabil internet əldə etməkdirsə

Smartcell bu gün bazarda ən balanslı seçimlərdən biridir.

Səyahəti unudulmaz etmək üçün bəzən ən yaxşı (və bəlkə də ən sadə) ipucu -  vaxtında düzgün aləti seçməkdir.
Müstəqil ekspert Vahid Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью