Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Barselona”nın futbolçusu Ronald Arauxo “Liverpul”un onun üçün nəzərdə tutulan 55 milyon avroluq satınalma bəndi ilə bağlı sualı cavablandırıb.
İdman.Biz xəbər verir ki, futbolçu bu barədə danışarkən məsələyə münasibət bildirmək üçün hələ tez olduğunu deyib:
“Bu barədə danışmaq hələ çox tezdir. Mən hər günü olduğu kimi yaşamağa, bundan zövq almağa və ən yaxşı bacardığım işi görməyə çalışıram. Qarşıda hələ uzun yol var və bu, yalnız bir nəfərdən asılı deyil...”
Uruqvaylı müdafiəçi Ronald Arauxo “Barselona”ya 29 avqust 2018-ci ildə transfer olunub. O, Kataloniya klubuna Uruqvayın “Boston River” komandasından keçib və əvvəlcə “Barselona B”də çıxış edib. 2020/21 mövsümündə əsas komandaya yüksəlib.
Arauxo 23 yanvar 2025-ci ildə “Barselona” ilə müqaviləsini yeniləyib. Yeni sözləşmə 30 iyun 2031-ci ilədək qüvvədədir.
Qeyd edim ki, 2026-cı ilin avqustunda o, 2026/27 mövsümünün sonunadək icarə əsasında “Liverpul”a keçib. İngiltərə klubunun futbolçunu 55 milyon avroya almaq hüququ var.