Ronaldadan daha bir tarixi rekord

10.01.2025

Icma.az, Publika.az portalına istinadən məlumat verir.

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo növbəti rekorda imza atıb.

Publika.az xəbər verir ki, "Əl Ohdud"la oyunda (3:1) 42-ci dəqiqədə penaltidən qol vuran 39 yaşlı portuqaliyalı ulduz ardıcıl 24-cü təqvim ilində fərqlənib. O, tarixdə bunu edən ilk futbolçu olub.

Kriştiano ilk dəfə 2002-ci ildə "Sportinq"də qol vurub. Portuqaliya millisinin üzvü “Mançester Yunayted”, “Real” və “Yuventus”da çıxış edərək bu seriyanı davam etdirib.

Qeyd edək ki, Ronaldonun hazırda rəsmi oyunlarda 917 qolu var.

Heybət

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью