Ronaldinyo 2015 ci ildən bəri ilk rəsmi oyununu keçirəcək

14.11.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

"Ravenna"nın baş məşqçisi Andrea Mandorlini bildirib ki, braziliyalı Ronaldinyo komandanın qarşıdan gələn görüşünə ilk dəqiqələrdən başlayacaq.

"Report" bu barədə BBC-yə istinadən xəbər verir.

Bununla belə, C seriyasında çıxış edən İtaliya klubunun çalışdırıcısı futbolçunun meydanda nə qədər vaxt keçirəcəyini hələ müəyyənləşdirməyib.

"O, ilk dəqiqələrdən oynayacaq, buna heç bir şübhə yoxdur. Daha sonra onun nə qədər oynayacağına birlikdə qərar verəcəyik. O, zəmanəmizin ən görkəmli oyunçularından biridir və biz nəticə əldə etməliyik. Biz həmişə üç hücumçu ilə oynayırıq. O da onlardan biri olacaq", - BBC Mandorlinidən sitat gətirib.

"Ravenna" növbəti oyununu noyabrın 15-də keçirəcək. Komandanın rəqibi "Forli" olacaq, görüş klubun ev meydançasında baş tutacaq.

Ronaldinyo Braziliya yığmasının tərkibində 2002-ci ilin dünya çempionu və 2005-ci ilin "Qızıl top" sahibidir. Karyerası ərzində o, "Qremio", PSJ, "Barselona", "Milan", "Flamenqo", "Atletiko Mineyro", "Keretaro" və "Fluminense"nin rənglərini qoruyub.

Braziliyalı peşəkar karyerasını bitirdiyini 2018-ci ilin yanvarında elan edib. O, sonuncu rəsmi oyununu isə hələ 2015-ci ildə keçirib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью