Ronaldinyo 46 yaşında karyerasını bərpa edir

20.08.2026

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

Ronaldinyo 46 yaşında karyerasını bərpa edir

Ronaldinyo 46 yaşında yenidən futbola qayıdır.

QOL.az xəbər verir ki, "Talksport" nəşrinin məlumatına görə, braziliyalı futbol əfsanəsi İtaliyanın C Seriyasında çıxış edən “Ravenna” klubu ilə müqavilə imzalamaq üçün bu ölkəyə gəlib.

“Qızıl top”un sabiq qalibi klubun həmsərmayədarı və beynəlxalq səfiri olacaq. Bununla yanaşı, “Ravenna”nın sahibi Ronaldinyonun rəsmi peşəkar matçda meydana çıxacağını da açıqlayıb.

Onun əsas məqsədinin karyerasındakı son qolunu vurmaq olduğu bildirilib.

Qeyd edək ki, Ronaldinyo son rəsmi oyununu 2015-ci ildə “Fluminense”nin heyətində keçirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью