Ronaldinyo Azərbaycana səfəri ilə bağlı paylaşım edib

15.11.2024

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

İspaniyanın "Barselona" klubunun və Braziliya yığmasının sabiq futbolçusu Ronaldinyo Azərbaycana səfəri ilə bağlı paylaşım edib.

Bakıvaxtı.az-ın məlumatına görə, dünya çempionu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində paytaxtda keçirdiyi görüşlərin yer aldığı video paylaşıb.

O, Bakıya təşəkkür edib və növbəti il COP30-un ölkəsində keçiriləcəyini xatırladıb.

Qeyd edək ki, noyabrın 12-də Azərbaycana gələn əfsanəvi futbolçunun səfəri bu gün başa çatıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью