Ronaldinyo Azərbaycana səfəri ilə bağlı paylaşım etdi

14.11.2024

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İspaniyanın "Barselona" klubunun və Braziliya yığmasının sabiq futbolçusu Ronaldinyo Azərbaycana səfəri ilə bağlı paylaşım edib.

Moderator.az-ın məlumatına görə, dünya çempionu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində paytaxtda keçirdiyi görüşlərin yer aldığı video paylaşıb.

O, Bakıya təşəkkür edib və növbəti il COP30-un ölkəsində keçiriləcəyini xatırladıb.

Qeyd edək ki, noyabrın 12-də Azərbaycana gələn əfsanəvi futbolçunun səfəri bu gün başa çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью