Ronaldinyo Azərbaycana səfəri ilə bağlı paylaşım etdi

15.11.2024

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünya futbolunun canlı əfsanəsi Ronaldinyo Azərbaycana səfəri ilə bağlı paylaşım edib.

Fanat.Az xəbər verir ki, braziliyalı dünya çempionu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində paytaxtda keçirdiyi görüşlərin yer aldığı video paylaşıb.

O, Bakıya təşəkkür edib və növbəti il COP30-un ölkəsində keçiriləcəyini xatırladıb.

Noyabrın 12-də Azərbaycana gələn Ronaldinyo bu gün səhər saatlarında ölkəmizi tərk edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью