Ronaldinyo azərbaycanlı uşaqlarla görüşdü

13.11.2024

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda səfərdə olan Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo Qauço Azərbaycan klublarının aşağı yaş qruplarından ibarət komandaları ilə görüşüb.

Oxu.Az xəbər verir ki, 44 yaşlı əfsanə ilə görüşə "Qarabağ", "Neftçi", "Sabah" və "Zirə"nin aşağı yaş futbolçuları qatılıblar.

Qeyd edək ki, 2002-ci ildə Braziliya yığmasının heyətində dünya çempionu olmuş oyunçu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə dünən axşam saatlarında Azərbaycana gəlib.

Anar Həsənov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью