Ronaldinyo Bakıda yeniyetmə futbolçularla görüşdü FOTO

13.11.2024

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Bakıda səfərdə olan Braziliya millisinin əfsanəvi futbolçusu Ronaldinyo Azərbaycan klublarının aşağı yaş qruplarından ibarət komandaları ilə görüşüb.

Globalinfo.az “Report”a istinadən bildirir ki, 44 yaşlı keçmiş yarımmüdafiəçi “Qarabağ”, “Neftçi”, “Sabah”, “Zirə” və “Marset” Futbol Akademiyasının yeniyetmə və gənc oyunçuları ilə ünsiyyətdə olub.

Tədbirə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev də qatılıb. O, Ronaldinyoya Azərbaycan millisinin 10 nömrəli formasını hədiyyə edib

Qeyd edək ki, 2002-ci ildə Braziliya yığmasının heyətində dünya çempionu olmuş oyunçu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə dünən axşam saatlarında Azərbaycana gəlib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью