Ronaldinyo Bakıda yeniyetmə futbolçularla görüşdü Video

13.11.2024

Sonxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ronaldinyo Bakıda yeniyetmə futbolçularla görüşdü - Video

Bakıda səfərdə olan əfsanəvi futbolçu Ronaldinyo Qauço Azərbaycan klublarının aşağı yaş qruplarından ibarət komandaları ilə görüşüb.

Sonxeber.az Oxu.az-a istinadən xəbər verir ki, 44 yaşlı əfsanə ilə görüşə "Qarabağ", "Neftçi", "Sabah" və "Zirə"nin aşağı yaş futbolçuları qatılıblar.

Qeyd edək ki, 2002-ci ildə Braziliya yığmasının heyətində dünya çempionu olmuş oyunçu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədilə dünən axşam saatlarında Azərbaycana gəlib.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью