Ronaldinyo Bakıya gəldi VİDEO

13.11.2024

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Futbol üzrə Braziliya millisinin və İspaniyanın “Barselona” klubunun sabiq futbolçusu Ronaldinyo Azərbaycana gəlib.

Modern.az-ın məlumatına görə, ulduz futbolçu sosial media hesabında izləyicilərini Bakıdan salamlayıb.

Onun Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası – COP29-da iştirak edəcəyi gözlənilir.

Sosial mediada yayılan COP29 iştirakçıları üçün hazırlanmış yaxa kartları (bəcik) arasında Ronaldinyo ləqəbi ilə tanınan braziliyalı futbolçu Ronaldo de Assis Moreyranın da fotosu yer alıb. Sözügedən kartın üzərində 12-15 noyabr tarixləri qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью