Ronaldinyo COP29 məkanındakı pavilyonları ziyarət edib

13.11.2024

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo Bakıda COP29 məkanındakı pavilyonları ziyarət edib.

Futbolçu həmçinin Heydər Əliyev Fondunun stendinə baxıb.

Qeyd edək ki, Ronaldinyo 2002-ci ildə dünya çempionu olub. Peşəkar karyerasına ölkəsində, “Qremio”da başlayan 44 yaşlı keçmiş yarımmüdafiəçi Fransada PSJ, İspaniyada “Barselona”, İtaliyada “Milan” kimi klubların formasını geyinib.

O, 1999-2013-cü illərdə Braziliya yığmasında 97 matçda 33 qolla yadda qalıb(report).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью