Ronaldinyo da Bakıda COP29da FOTO

12.11.2024

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hazırda Bakıda keçirilən və noyabrın 22-də qədər davam edəcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası - COP29-da ulduz futbolçu Ronaldinyo da iştirak edə bilər.

Redaktor.az ölkə.Az-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotoya istinadla bu qənaətə gəlmək olar.

Belə ki, COP29 iştirakçıları üçün hazırlanmış yaxa kartları (bəcik) arasında Ronaldinyo ləqəbi ilə tanınan braziliyalı futbolçu Ronaldo de Assis Moreyranın da fotosu yer alıb.

Sözügedən kartın üzərində 12-15 noyabr tarixləri qeyd olunub.

Hazırda onun Bakıya gəlib-gəlmədiyi barədə dəqiq informasiya yoxdur.

Xəbəri Paylaş:
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью