Ronaldinyo: Onunla heç vaxt oynaya bilmədiyim üçün peşmanam

28.04.2025

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Braziliya millisinin və "Barselona"nın sabiq futbolçusu Ronaldinyo əfsanəvi fransız oyunçu Zinəddin Zidan haqqında fikirlərini bölüşüb.

Apasport.az "Lequipe" nəşrinə istinadla xəbər verir ki, braziliyalı Zidanla oynaya bilmədiyi üçün peşman olduğunu bildirib: 

"Mən həmişə Zidanın oyununa heyran olmuşam. Onunla heç vaxt oynaya bilmədiyim üçün peşmanam. O, mükəmməl futbolçudur. Mən ona çox hörmət edirəm".

Xatırladaq ki, Zidan futbolçu karyerası ərzində “Real Madrid”, “Yuventus”, “Kan” və “Bordo” klublarında çıxış edib. O, məşqçi kimi ancaq “kral” klubunda çalışıb. Fransız "Los Blancos"la ardıcıl 3 dəfə UEFA Çempionlar Liqasını qazanması ilə yadda qalıb.

Osimhen rekordunu "Qalatasaray"da təkrarlayıb Okan Buruk Türkiyə futbolu tarixinə düşüb Karvahal hakimi təhqir etdiyinə görə diskvalifikasiya oluna bilər Fransa çempionu olan klub Liqa-2-yə yuvarlanıb Hakimə hücum edən futbolçu 12 oyunluq cəza ala bilər
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью