Ronaldinyo qayıdır: Əfsanə karyerasını İtaliyada davam etdirəcək

20.06.2026

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Braziliya və “Milan”ın keçmiş yarımmüdafiəçisi Ronaldinyo futbola qayıdacaq.

İdman.Biz bu barədə “Gazzetta dello Sport”a istinadən məlumat verir.

Mənbənin məlumatına görə, 46 yaşlı mütəxəssis İtaliyanın C Seriyasında yer alan “Ravenna” klubu ilə razılığa gəlib. Klubun sahibi iş adamı İnasio Çiprianidir.

“Ronaldinyonun transferi klub üçün həqiqətən əlamətdar bir hadisədir: o, mənim kumirim idi və onun futbola təsiri meydanda qazandığı nailiyyətlərdən daha artıqdır”, Çipriani deyib.

Məlumata əsasən, Ronaldinyonun transferi 23 iyunda Mayamidə keçiriləcək qala tədbirində elan ediləcək. Klubun yeni forması da tədbirdə təqdim olunacaq.

Ronaldinyo 2015-ci ildən bəri oynamır. O, dünya çempionu, Çempionlar Liqasının qalibi və “Qızıl Top” mükafatının sahibidir.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью