Ronaldinyo: “Qayıtmağın vaxtı idi”

16.11.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo peşəkar futbola qayıdıb.

Futbolpress.az xəbər verir ki, “Ravenna”da çıxış edən yarımmüdafiəçi İtaliya C Seriyasında “Forli”yə qarşı keçirilən matçda (2:0) meydana çıxıb.

46 yaşlı futbolçu qarşılaşmadan sonra sosial şəbəkə hesabında təəssüratlarını bölüşüb:

“Rəsmi oyunda yenidən meydana çıxdığım üçün çox xoşbəxtəm. Qayıtmağın vaxtı idi. Dolmuş stadionda komanda yoldaşlarımla birlikdə belə gözəl gün yaşamaq çox xoş oldu. Bu, inanılmaz hisslər idi. Həyatımın xüsusi anlarından biridir. Bu axşam üçün hər kəsə təşəkkür etmək istəyirəm”.

Ronaldinyo 2016-cı ildə karyerasını bitirmişdi. O, “Barselona”, “Milan”, PSJ kimi klublarda top qovub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью