Ronaldinyo yeniyetmələrlə görüşdü Video

13.11.2024

Icma.az, Bakupost portalına istinadən məlumat verir.

Bakıda səfərdə olan əfsanəvi futbolçu Ronaldinyo Qauço Azərbaycan klublarının aşağı yaş qruplarından ibarət komandaları ilə görüşüb.

Bakupost.az Oxu.az-a istinadən xəbər verir ki, 44 yaşlı əfsanə ilə görüşə “Qarabağ”, “Neftçi”, “Sabah” və “Zirə”nin aşağı yaş futbolçuları qatılıblar.

Qeyd edək ki, 2002-ci ildə Braziliya yığmasının heyətində dünya çempionu olmuş oyunçu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədilə dünən axşam saatlarında Azərbaycana gəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью