Ronaldinyonun oğlu İngiltərə klubuna keçib

11.09.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 11 sentyabr, AZƏRTAC

Braziliya futbolunun canlı əfsanəsi Ronaldinyonun oğlu Joao Mendes İngiltərənin “Hall Siti” komandasına keçib.

AZƏRTAC xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Azad agent kimi komandaya qoşulan cinah oyunçusu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Joao Mendes daha əvvəl İspaniyanın “Barselona” və İngiltərənin “Börnli” klublarının akademiyalarında olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью