Ronaldo 1000 qola yaxınlaşır

27.04.2025

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo karyerasında 934-cü qolunu vurub.

QOL.az xəbər verir ki, portuqaliyalı futbolçu Asiya Çempionlar Liqası Elit yarışının 1/4 finalında “Yokohama F. Marinos”a 4:1 hesabı ilə qalib gəldiyi oyunda fərqlənib.

40 yaşlı futbolçu bu mövsüm vurduğu qolların sayını isə 33-ə çatdırıb. Həmçinin bu, Ronaldonun Asiya Çempionlar Liqası Elitdə 7 matçda vurduğu 8-ci qoludur.

Qeyd edək ki, qitə turnirinin yarımfinalında “Əl-Nəsr”in rəqibi “Kavasaki Frontale” (Yaponiya) və “Əl-Sədd” (Qətər) komandalarından biri olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью