Ronaldo 18 il sonra ilk dəfə...

28.09.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ronaldo 18 il sonra ilk dəfə...

Portuqaliya millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin II turunda səfərdə Norveçə 2:1 hesabı ilə qalib gəlib.

QOL.az xəbər verir ki, qarşılaşmada diqqətçəkən məqam Kriştiano Ronaldonun meydana çıxmaması olub. 41 yaşlı hücumçu start heyətində yer almayıb və matçın sonuna qədər ehtiyat oyunçular skamyasında qalıb.

Beləliklə, Ronaldo 18 ildən sonra ilk dəfə Portuqaliya millisinin rəsmi oyununu ehtiyatda keçirib. O, sonuncu dəfə Avro-2008-də İsveçrə ilə görüşdə (0:2) rəsmi matçda meydana çıxmamışdı.

Bütün oyunlar, o cümlədən yoldaşlıq görüşləri nəzərə alınarsa, Ronaldonun millinin heyətində olub meydana çıxmadığı sonuncu oyun 2024-cü ilin iyununda Xorvatiyaya qarşı matç olub. Həmin görüşdə Portuqaliya 1:2 hesabı ilə məğlub olub.

Portuqaliya millisi Millətlər Liqasının 3-cü turunda oktyabrın 1-də səfərdə Danimarka ilə qarşılaşacaq.

Bizi İnstaqramda izləmək üçün kliklə!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью