Ronaldo 2 qol vurdu, “ƏlNassr” qalib gəldi

25.11.2024

Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Asiya Çempionlar Liqasının 5-ci həftəsinin oyununda “Əl-Nassr” səfərdə “Əl-Qarrafa”nın qonağı olub.

Metbuat.az xəbər verir ki, Əl-Beyt stadionunda keçirilən oyunda qonaq komanda 3:1 hesabı ilə qalib gəlib.

“Əl-Nassr”in qollarını 46-cı və 64-cü dəqiqələrdə Kriştianu Ronaldo, 58-ci dəqiqədə isə Ancelino vurub. Matçda iki dəfə rəqib qapısına yol tapan Kriştianu Ronaldo karyerasındakı qollarının sayını 913-ə çatdırıb.

Qeyd edək ki, bu nəticə ilə “Əl-Nassr” Asiya Çempionlar Liqasında 4-cü qələbəsini qazanaraq 13 xalla qrupda 2-ci pilləyə yüksəlib. Ronaldonun klubu səfərdə “Al-Sədd” ilə qarşılaşacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью