Icma.az, Metbuat portalına istinadən məlumat verir.
Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo 2026-cı il Dünya Çempionatının 1/8 finalında İspaniyaya qarşı keçiriləcək oyundan əvvəl təşkil olunan mətbuat konfransında diqqətçəkən açıqlamalar verib.
Metbuat.az xəbər verir ki, 41 yaşlı futbolçu karyerasını nə vaxt başa vuracağına yalnız özünün qərar verəcəyini bildirib.
“Karyeramı istədiyim vaxt bitirəcəyəm, siz jurnalistlərin istədiyi vaxt yox”, – deyə Ronaldo vurğulayıb.
Portuqaliyalı ulduz uzun illərdir tənqidlərin hədəfində olduğunu da qeyd edib: “23 ildir ki, məni bitirməyə çalışırlar. Nəhayət, başa düşdülər ki, bu, vaxt itkisidir. Amma yenə də cəhd etməyə davam edirlər”.