Ronaldo 30 yaşdan sonra neçə qol vurub?

01.12.2024

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Asiya Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçirilir. Kriştiano Ronaldonun şərəfini qoruduğu ''Əl-Nəsr'' Qətər təmsilçisi ''Əl-Qarafa''nın qonağı olub.

Səudiyyə Ərəbistanı çempionatının son turunda evdə uduzaraq fanatlarını məyus edən ''Əl-Nəsr'' bu dəfə 3:1 hesablı inamlı qələbə qazanıb. Dubl edən Ronaldo matçın qəhrəmanı olub. Portuqaliyalı superulduz karyerasında rəsmi matçlarda uyğun olaraq 912 və 913-cü qolunu vurub.
5 tura 13 xal toplayan ''Əl-Nəsr'' hazırda öz qrupunda ikinci pillədə qərarlaşıb. Bu mövsüm Ronaldonun aktivində 15 rəsmi oyunda 12 qol, 2 məhsuldar ötürmə var. Yeri gəlmişkən, 39 yaşlı futbolçu ilə bağlı bir göstərici diqqət çəkir. Kriştiano 30 yaşı tamam olduqdan sonra vurduğu qolların sayını 450-yə çatdırdı! Yəni onun karyerasını iki yerə bölsək, Ronaldo 463 qolu 30 yaşına qədər, 450 qolu isə 30 yaşdan sonra vurub.
ƏLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью