Ronaldo 30 yaşından sonra 450 qol vurub

26.11.2024

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının hücumçusu Kriştianu Ronaldo 30 illik yubileyindən sonra rəsmi oyunlarda 450 qol vurub. 

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, o, bu göstəriciyə Asiya Çempionlar Liqasının 5-ci turunda “Əl-Qarafa” (Qətər) ilə oyunda dubl sayəsində çatıb. “Əl-Nəsr” 3:1 hesabı ilə qalib gəlib.

39 yaşlı futbolçu karyerası ərzində 913 qol vurub və bu göstəriciyə görə rekordçudur.

Bu mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 15 oyun keçirib, 12 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi 2025-ci ilin iyununa qədərdir.

“Transfermarkt” Ronaldonun transfer dəyərini 15 milyon avro qiymətləndirir.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью