Ronaldo 925 ci qolunu vurdu, “Əl Nəsr” qalib gəldi

26.02.2025

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Portuqaliya millisinin və “Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo karyerasının 925-ci qolunu vurub.

QOL.az xəbər verir ki, o, Səudiyyə Ərəbistanı çempionatının 22-ci turunda “Əl-Vahda” ilə matçda fərqlənib. 40 yaşlı hücumçunun başla vurduğu zərbə dəqiq olub.

Bu qol onun karyerasında 925-ci qol olub. Həmin qollardan 790-ı klub səviyyəsindədir. 

Qeyd edək ki, sözügedən oyubda “Əl Nəsr” 2:0 hesabı ilə qalib gəlib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью