Ronaldo 961 ci qolunu vurdu

31.01.2026

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ronaldo 961-ci qolunu vurdu

Səudiyyə Ərəbistanı Pro Liqasında 19-cu turun oyunları keçirilir. 

QOL.az xəbər verir ki, “Əl-Nəsr” səfərdə “Əl-Xolood”un qonağı olub. Qarşılaşma “Əl-Nəsr”in 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Kriştianu Ronaldo, Mohamed Simakan və Kinqsli Koman vurub.

Bu, Ronaldonun karyerasındakı 961-ci qoldur. Portuqaliyalı ulduz cari mövsümdə Səudiyyə Ərəbistanı liqasında 18 matçda 17 dəfə fərqlənib. 

Qeyd edək ki, ardıcıl dördüncü qələbəsini qazanan “Əl-Nəsr” xallarının sayını 43-ə çatdırmaqla ikinci pilləyə yüksəlib. Ronaldonun komandası lider “Əl-Hilal”dan 3 xal geri qalır. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью