Qol.az saytına istinadən Icma.az xəbər verir.
Ronaldo 979-cu qolunu vurdu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Portuqaliya milisinin və "Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının “Abha”ya qarşı oyununda fərqlənib.
QOL.az xəbər verir ki, 41 yaşlı hücumçu bunu Səudiyyə Ərəbistanı Pro Liqasının 6-cı turunda baş tutan qarşılaşmanın 22-ci dəqiqəsində bacarıb.
Ronaldo künc zərbəsindən sonra Qabriel Anjelonun ötürməsini dəqiq tamamlayıb.
Bu, portuqaliyalı futbolçunun peşəkar karyerasında 979-cu qolu olub.
Qeyd edək ki, “Əl-Nəsr” 2:1 hesabı ilə qalib gəlib. Ronaldo ilə yanaşı, meydan sahiblərinin heyətində Əl-Həmdan da fərqlənib. “Abha”nın yeganə qoluna isə Nabil Fekir imza atıb.