Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kriştiano Ronaldonun formasını geyindiyi “Əl Nəsr” Asiya Çempionlar Liqasında növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda II turda Özbəkistan təmsilçisi “Neftçi” ilə qarşılaşıb. Matç “Əl Nəsr”in qələbəsiylə başa çatıb – 3:1.
Ronaldo bu görüşdə bir qolla yadda qalıb. Bu, onun karyerasındakı 981-ci qolu olub.
“Əl Nəsr” Çempionlar Liqasında 3 xalla 8-ci sıradadır.