Ronaldo anasını belə təbrik etdi FOTO

01.01.2025

Icma.az, Publika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo dekabrın 31-də 70 yaşı tamam olan anası Dolores İveranı ad günü münasibətilə təbrik edib.

“Ad günün mübarək, ana! Məni hər gün ruhlandırdığına və qeyd-şərtsiz dəstəyinə görə təşəkkür edirəm. Səni sevirəm!” – Ronaldo “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Bu mövsüm Ronaldo bütün yarışlarda 19 matçda iştirak edib, 16 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 12 milyon avrodur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью