Ronaldo Anri ilə birlikdə serial çəkir

12.11.2026

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Portuqaliya millisindəki karyerasını başa vuran ulduz futbolçu Kriştiano Ronaldo serial çəkilişlərinə başlayıb.

Redaktor.az xəbər verir ki, 41 yaşlı hücumçu məşhur britaniyalı rejissor Metyu Vonla birlikdə “Day 1s” adlı futbol serialına start verib.

Ronaldo layihədə icraçı prodüser olmaqla yanaşı, özünü də canlandıracaq.

Serial müasir futboldakı transfer bazarından bəhs edəcək. Əsas qəhrəman futbolçu transferləri ilə məşğul olan ingilis menecer Stenli Dalton olacaq. Onun obrazını aktyor Demian Lyuis canlandıracaq.

Ekran əsərində Fransa millisinin sabiq futbolçusu Tyerri Anri də yer alacaq. O, serialda özünü canlandıracaq.

Ronaldo çəkilişlərin başladığını sosial şəbəkə hesabında da təsdiqləyib.

Qeyd edək ki, serialın ekranlara çıxacağı tarix hələ açıqlanmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью