Ronaldo baş məşqçisiz qaldı

25.06.2025

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Əl-Nəsr" klubunun baş məşqçisi Stefano Pioli vəzifəsini tərk edib. SİA xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı təmsilçisi rəsmi açıqlama yayıb. Klubun məlumatına görə, italiyalı mütəxəssislə yanaşı onun məşqçilər heyəti də komandadan ayrılıb. Stefano Pioli "Əl-Nəsr"in sükanı arxasına 2024-cü ilin sentyabrında keçmişdi. O, 2024/25 mövsümündə komandanı ölkə çempionatında üçüncü yerə çatdırmışdı.

Qeyd edək ki, 59 yaşlı Piolinin yeni mövsümdən etibarən "Fiorentina"nın baş məşqçisi olacağı gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью