Ronaldo böhranı Oyuna çıxmaqdan imtina etdi

02.02.2026

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Əl-Nəsr”də Kristiano Ronaldo gərginliyə səbəb olub.

Metbuat.az xəbər verir ki, o növbəti oyunda oynamaqdan imtina edib. "A Bola" qəzetinin məlumatına görə, Ronaldo təmsil etdiyi klubu idarə edən Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun “Əl-Nəsr”ə münasibətindən narazıdır. Ronaldo hesab edir ki, eyni fond nəzdində olan digər rəqib klublara daha yaxşı münasibət bəsləyir. Ronaldo fondun “Əl-Nəsr”ə az investisiya qoyduğunu irəli sürüb. Ronaldo ilə bağlı boykot iddialarından sonra onun heyətdən çıxarıldığı barədə xəbərlər dərc edilib.

Bildirilir ki, bu transfer dövründə “Əl-Nəsr” heyətini gücləndirmək üçün hələ də lazımi maliyyə dəstəyini almayıb. "Əl-Nəsr" təkcə iraqlı yarımmüdafiəçi Haydir Əbdülkərimi transfer edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью