Ronaldo böyük klubun sahibi olacağını bildirdi

28.12.2024

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo gələcək planları haqda danışıb. 

QOL.az xəbər verir ki, o, "Globe Soccer Awards" mərasimində deyib: 

"Mən hələ çox gəncəm. Çoxlu planlar və arzularım var. Sözlərimi yadda saxlayın: böyük bir klubun sahibi olacağam. Buna şübhə yoxdur". 

Qeyd edək ki, 39 yaşlı portuqaliyalı hücumçu bu mövsüm "Əl-Nəsr"in heyətində 19 oyuna çıxaraq 16 qol vurub və 3 qolun ötürməsini edib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью