Ronaldo böyük ulduza çevriləcək futbolçunun adını açıqladı

06.12.2024

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Real Madrid"in və Braziliya millisinin sabiq hücumçusu Ronaldo hüquqları "Çelsi"yə məxsus olan "Palmeyras"ın 17 yaşlı hücumçusu Estevao Villian haqqında fikirlərini bölüşüb.

Jurnalist Ben Ceykobs özünün "X" səhifəsində Ronaldonun sözlərindən sitat gətirib.

Qeyd edək ki, futbolçu 2025-ci ilin yayında ingilislərə qoşulacaq.

"O, gənc və çox istedadlı oyunçudur. O, Lamin Yamala bənzəyir. Tezliklə o, futbolda çox böyük ulduza çevriləcək. Çox perspektivlidir və cəmi 17 yaşı var. Düşünürəm ki, Klublararası Dünya Çempionatında "Palmeyras"da oynayacaq, sonra isə "Çelsi"yə qoşulacaq", - deyə Ronaldo bildirib.

Futbolçu Braziliyanın "Kruzeyro" klubunun yetirməsidir və 2021-ci ildə oradan "Palmeyras"a keçib. Hücumçu bu mövsüm klubda 49 oyun keçirib, 19 qol vurub və 12 məhsuldar ötürmə edib. Nüfuzlu "Transfermarkt" internet portalının versiyasına görə, Estevaonun bazar dəyəri 40 milyon avro təşkil edir. /Oxu.az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью