Ronaldo: “Braziliyada Neymar kimi başqa oyunçu yoxdur”

25.09.2025

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Braziliya millisinin sabiq üzvü Ronaldo həmyerlisi, hazırda “Santos”un formasını geyinən Neymar haqda danışıb.

QOL.az xəbər verir ki, o, 33 yaşlı forvardın DÇ-2026-da Braziliya yığmasına çox fayda verə biləcəyini deyib: 

“Neymar Braziliya millisinin əsas futbolçusudur. Ölkəmizdə onun kimi 2-ci bir oyunçu yoxdur. Ümid edirəm ki, Neymar dünya çempionatına tam hazır olacaq”.

Qeyd edək ki, ardıcıl zədələr alan Neymar 2023-cü ildən Braziliya millisi ilə oyuna çıxmır. Yeni baş məşqçi Karlo Ançelotti forvardı dünya çempionatının seçmə mərhələsi üçün yığmaya çağırmayıb. Sentyabrın 20-də isə onun yenidən zədələndiyi, təqribən 1 ay oynamayacağı məlum olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью