Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.
Kriştiano Ronaldo futbolçu karyerasını başa vurduqdan sonra məşqçilik karyerasına başlaya bilər.
Metbuat.az xəbər verir ki, Ronaldo Portuqaliya millisini və ya “Əl-Nəsr” komandasını çalışdıra bilər. İddialara görə, Ronaldo məşqçi kimi işləməyi nəzərdən keçirə bilər.
Qeyd edək ki, Kriştiano Ronaldo hələlik futbolçu karyerasını davam etdirməyə qərar verib. Veteran ulduz “Əl-Nəsr”lə yeni iki illik müqavilə imzalayıb. İddia edilir ki, Ronaldo müqaviləsinin sonuna qədər performansını qoruyub saxlasa və oğlu Kriştiano ilə yanaşı oynaya bilsə müqavilənin daha da uzadılması mümkündür.