Ronaldo: “Bu, mənim sonuncu mundialım olacaq”

11.11.2025

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo növbəti dünya çempionatı barədə açıqlama verib.

QOL.az xəbər verir ki, 40 yaşlı futbolçu 2026-cı ildə keçiriləcək mundialın onun karyerasındakı sonuncu dünya çempionatı olacağını bildirib. 

Turnir Kanada, Meksika və ABŞ-da baş tutacaq və tarixdə ilk dəfə yarışda 48 milli komanda iştirak edəcək.

“Bəli, bu doğrudur, çünki o vaxt 41 yaşım olacaq. Artıq demişəm, sadəcə indi futbol oynamağın dadını çıxarıram”, – deyə Ronaldo Səudiyyə Ərəbistanında keçirilən turizm forumunda EFE-yə bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью