Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo dünya çempionatları və Avropa çempionatlarında ümumilikdə 25 qol vuran ilk oyunçu olaraq dünya futbolu tarixinə düşüb.
Sportal.az xəbər verir ki, ulduz futbolçu yubiley, yəni 25-ci qolunu DÇ-2026-nın 1/16 final mərhələsində Xorvatiyaya qarşı keçirilən oyunda vurub. Portuqaliya millisinin 41 yaşlı kapitanı matçın 68-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirib. Görüş onun komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Ronaldo Avropa çempionatlarında 2004, 2008, 2012, 2016 və 2020-ci illərdə, dünya çempionatlarında isə 2006, 2010, 2014, 2018, 2022 və 2026-cı illərdə fərqlənməyi bacarıb.
Portuqaliyalı futbolçu cari dünya çempionatında artıq hesabına 3 qol yazdırıb və özünə məxsus rekordu yeniləməkdə davam edir.