Ronaldo Çelsi və ya Mançester Siti yə keçə bilər

19.04.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

Portuqaliya millisinin və "Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo klubunu dəyişə bilər.

QOL.az xəbər verir ki, bu barədə "Sport Bible" məlumat yayıb.

Bildirilir ki, Ronaldo 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatında iştirak etmək üçün komandasından ayrılmağı düşünür. "Çelsi" və "Mançester Siti" Ronaldonu transfer etməkdə maraqlıdır.

40 yaşlı forvard turnirdə iştirak etmək üçün bu klublardan biri ilə 1 aylıq müqavilə bağlaya bilər.

Xatırladaq ki, Ronaldo əvvəllər "Sportinq", "Mançester Yunayted", "Real" və "Yuventus"un formasını geyinib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью