Ronaldo cəzasının yüngülləşdirilməsini istəyib

20.10.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Ronaldo cəzasının yüngülləşdirilməsini istəyib

Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo milli komandanın düşərgəsini özbaşına tərk etdiyinə görə aldığı cəzanın yüngülləşdirilməsini istəyib.

QOL.az xəbər verir ki, bu barədə “Record” nəşri məlumat yayıb.

41 yaşlı futbolçu Portuqaliya Futbol Federasiyasına müraciətində futbolun inkişafına verdiyi mühüm töhfəni və idman nailiyyətlərini yüngülləşdirici hallar kimi göstərib.

Xatırladaq ki, Ronaldo UEFA Millətlər Liqasında Norveçlə keçirilən matçda (2:1) baş məşqçi Jorje Jezuşun ona meydana çıxmaq imkanı verməməsindən sonra milli komandanın düşərgəsini özbaşına tərk edib. Bu səbəbdən federasiya futbolçunu bir aylıq diskvalifikasiya edib və 255 avro cərimələyib.

Mənbənin məlumatına görə, Ronaldo cəzasının yüngülləşdirilməsi üçün üç arqument irəli sürüb. Federasiya onun futbolun inkişafına verdiyi töhfəni və idman nailiyyətlərini nəzərə alsa da, hadisə ilə bağlı həqiqətlərin üzə çıxarılması arqumentini qəbul etməyib. Qurum bildirib ki, hadisə ilə bağlı faktların böyük hissəsi açıq mənbələrdə mövcuddur və uzunmüddətli, mürəkkəb araşdırmaya ehtiyac yoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью