Ronaldo daha bir mükafat qazanıb

13.11.2024

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo daha bir mükafata layiq görülüb.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, 39 yaşlı futbolçu Portuqaliya Futbol Federasiyasının "Quinas de Platina" mükafatına layiq görülüb.

Mükafatların təqdimetmə mərasimi 11 noyabr bazar ertəsi baş tutub. "Quinas de Platina" federasiyanın ən nüfuzlu mükafatıdır.

O, millinin heyətində 216 oyun keçirib və 133 qol vurub. Ronaldo 2023-cü ilin əvvəlində Səudiyyə Ərəbistanı çempionatına keçib. Hücumçu ilə "Əl-Nəsr" arasındakı hazırkı müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

"Araz-Naxçıvan"ın legionerinə Premyer Liqadan tələb var Cavid Hüseynov "Səbail"in baş məşqçi postuna təyin olunub - Rəsmi Tahir Süleymanov: "Həmin görüş daha geniş məna daşıyırdı" İlham Əliyev Canni İnfantino ilə görüşüb “Sportinq”dən Region Liqasına - FƏRQLİ KLUBLAR, OXŞAR SONLUQLAR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью