Ronaldo daha bir rekordu ilə tarixə düşüb

09.10.2025

Icma.az, Olke.az saytına istinadən bildirir.

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo futbol tarixində ilk milyarder futbolçu olub.

Ölkə.az "Bloomberg"ə istinadən xəbər verir ki, onun sərvəti 1,4 milyard dollar dəyərindədir.

40 yaşlı Ronaldonun futbolçuluq karyerasından əlavə aparıcı qlobal brendlərlə müqavilələri var. Onun səhifəsində bir reklamın qiyməti 3 milyon dollardan çoxdur. 

O, 2023-cü ildən “Əl-Nəsr”də çıxış edir. Ulduz hücumçu bu yay imzaladığı yeni müqaviləyə əsasən, ildə 400 milyon avrodan çox gəlir əldə edir.

Bundan öncə futbolçu “Portugal Football Globes 2025” mərasimində Portuqaliya futbolunun inkişafına verdiyi töhfəyə görə “Globe Prestige” mükafatına layiq görülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью