Ronaldo DÇ 2026 nın ən yaşlı üç oyunçusundan biri oldu

03.06.2026

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Beynəlxalq Futbol Federasiyası (FIFA) ABŞ, Meksika və Kanadada iyunun 11-dən iyulun 19-dək keçiriləcək dünya çempionatının ən yaşlı və ən gənc futbolçularının adlarını açıqlayıb.
Bizim.Media xəbər verir ki, turnirin ən yaşlı oyunçusu Şotlandiya millisinin və yerli "Harts" klubunun qapıçısı Kreyq Qordon olub. Onun 43 yaş 162 günü var.
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun 41 yaşlı hücumçusu Kriştianu Ronaldo siyahıda ikinci yeri tutub. İlk üçlüyü isə Meksika yığmasının və Kiprin AEL klubunun 40 yaşlı qapıçısı Qilyermo Oçoa qapayıb.
Çempionatın ən gənc futbolçusu adını isə Meksika millisinin və yerli "Taxuana" klubunun yarımmüdafiəçisi Xilberto Mora qazanıb: 17 yaş 240 gün.
Qeyd edək ki, mundialın qrup mərhələsində Meksika yığması Çexiya, CAR və Cənubi Koreya ilə qarşılaşacaq, Şotlandiya isə Braziliya, Mərakeş və Haiti ilə eyni qrupda mübarizə aparacaq.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью