futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
Portuqaliyalı hücumçu Kriştiano Ronaldo 2030-cu ildə keçiriləcək dünya çempionatında oynamaq ehtimalından danışıb.
Futbolpress.az xəbər verir ki, 41 yaşlı hücumçu futbolda hər şeyin mümkünlüyündən söz açıb:
“Qarşıdan mundial gəlir. Yaxşı hədəflər uğrunda mübarizə aparacağıq. 2030-cu ildəki dünya çempionatında da iştirak etmək ehtimalım var. 41 yaşım var və hər oyun qol vururamsa, bəlkə 4 il sonra yenə bunu bacardım?”
Ronaldo bu mövsüm “Əl Nəsr”də 28 oyunda 25 qol vurub.